Get Adobe Flash player

«Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı

Jurnalların nömrələri

2006 nömrə 3 oxu pdf formatını endir

2007 nömrə 1 oxu pdf formatını endir

2008 nömrə 1 oxu pdf formatını endir

2008 nömrə 2 oxu pdf formatını endir

2009 nömrə 1 oxu pdf formatını endir

2010 nömrə 1 oxu pdf formatını endir

2011 nömrə 1 oxu pdf formatını endir

2012 nömrə 1-2 oxu pdf formatını endir

 

 

ISSN  2073-9249

«Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı

1996-cı ildən nəşr olunur. İldə 4 dəfə buraxılır.

Təsisçilər: Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti «Mütərcim» Tərcümə Mərkəzi

Jurnal əsasən dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır.

Jurnalda «Bədii tərcümə», «Elmi-filoloji tərcümələr», «Tərcümə problemləri», «Tərcümə təriximizdən», «Tərcümə örnəklərimiz», «Ədəbiyyatşünaslıq», «Tarixdə türklər», «Nəsr», «Poeziya», «Ədəbi birliklər və dərnəklər» və s. rubrikalar fəaliyyət göstərir.
Dərgi V.Şekspirin «Hamlet», «Kral Lir», «Maqbet»; F.Nitsşenin «Zərdüşt belə demişdir»; A.Kamünün «Taun»; E.Heminqueyin «Yağış altında pişik»; B.Poulsenin «Fil sümüyündən qüllə»; X.Kortasarın «Qorxulu yuxular»; O.Uayldın «Fövqaladə fişəng»; J.P.Sartrın «Divar», «Ədəbiyyat nədir»; E.A.Ponun «Morq küçəsində qətl»; G.Mopassanın «Cehiz»; C.Stüartın «Məhəbbət»; A.Miskeviçin «Pan Tadueş»; F.M.Dostoyevskinin «Karamazov qardaşları», «Gülməli adamın yuxusu», «Atalar və oğullar»; Y.Haşekin «Qoçaq əsgər Şveykin sərgüzəştləri»; A.K. Doylun «Ledi Frensis Karfaksın yoxa çıxması, «Masqreyvlər ailəsinin ritualı»; G.Hegelin «Müsəlmanlıq»; E.Kolduelin «Kristi Tökerin ölümü»; S.Dalinin «Sürrealizm mənəm»; M.Acinin «Qıpçaq çölünün yovşanı»; U.S.Moemin «Həyati hadislər», «Edvard Barnardın dönüklüyü», «Neyl Makadam»; R.Şeklinin «Mütləq silah»; H.Beytsin «Fransa üzərində küləklər»; Q.Qrinin «Canlılar yaşayan otaq»; Ə.Nəvainin «İnsan ürəyi yeyən hind»; T.Hüseynin «Əli və övladları»; C.Bayron, K.Simonov, A.Morua, Y.Yevtuşenko, N.Rubtsov, V.Şimborska, A.S.Puşkin, M.Y.Lermontov, Lonqfellou, A.Opi, C.Kits, U.Vüdsövs, B.Posternak, V.Mayakovski, S.Yeseninin şeirləri və s. kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan tərcümələrini öz səhifələrində işıqlandırmışdır.

Jurnal S.Məmmədzadə, S.Mustafa, S.İsgəndərov, E.Borçalı, M.Hacıyev, A.Qasımova, A.Abbasov, H.Orucov, M.Qocayev, Q.Əhmədov,
M.Hacıyev və s. peşəkar tərcüməçilərlə sıx əməkdaşlıq edir.

«Mütərcim» jurnalı 2003-ci ildə keçirilmiş IV Bakı Kitab Bayramında «İlin tərcümə jurnalı» nominasiyasının qalibi olmuşdur.
Jurnalın baş redaktoru: filologiya elmləri doktoru, professor Telman Vəlixanlı

Redaktorlar: Əliş Mirzallı, Etimad Başkeçid

Məsul katib: Fəttah Fəttayev

Texniki redaktor: Mətanət Qaraxanlı

Korrektor: Sabirə İsrafilova

Jurnalın redaksiya heyəti

Akif Abbasov, Kamal Abdulla, Zeydulla Ağayev, Anar, Nizami Cəfərov, Ramiz Əkbər, Maqsud Hacıyev, İlyas Həmidov, Qorxmaz Quliyev, Məmməd Qocayev, Lidiya Qranovskaya, Rüstəm Kamal, Səfər Kəlbixanlı, Səyavuş Məmmədzadə, Əlisa Nicat, Rafiq Novruzov, Ağarəhim Rəhimov, Sabir Rüstəmxanlı, Oqtay Səmədov, Fəridə Vəlixanova, Fəxrəddin Yadigar, Cavanşir Yusifli